Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, son sutka ərzində bu xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 825 821 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 219 nəfər müalicə olunaraq sağalıb, hazırda 600 aktiv xəstə var. Bu günə qədər 10 002 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 506, bu günə qədər isə ümumilikdə 7 416 537 test icra olunub.