Salyan sakini Şirvanda 2 nəfəri soydu
FOTO

Salyan sakini Şirvanda 2 nəfəri soyub.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

 

Şirvan Şəhər Polis Şöbəsinə iki nəfər şəhər sakininin bankomatdan pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədikləri, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığı və onların pullarını soyğunçuluq yolu ilə ələ keçirdiyi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Həmin cinayət əməlini Bakı şəhərində saxlanılmış və inzibati qaydada həbs edilmiş Salyan rayon sakini Fizuli Nəcəfovun törətdiyi müəyyən edilib.

 

F.Nəcəfov Şirvan ŞPŞ-yə gətirilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

 

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

 

Polis əməkdaşları F.Nəcəfovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-yə müraciət etmələri xahiş olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.