Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara və sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara və sürücülərə müraciət edib.


Qurum rəsmisi Rauf Mirqulamov bildirib ki, NİİM paytaxt yollarında quraşdırılan videomüşahidə kameraları vasitəsilə piyadaların iştirakı ilə baş verən, xəsarət və ölümlə nəticələnən bir sıra yol-nəqliyyat hadisələrini qeydiyyata alıb.


Aparılan müşahidələrə əsasən, hadisələrin başlıca səbəbi piyadaların məsuliyyətsiz davranaraq yolun hərəkət hissəsini onlar üçün nəzərdə tutulmayan yerlərdən keçmək və nizamlanan piyada keçidlərində svetoforun onlar üçün qadağanedici işarəsində hərəkət etməkdir.


Sutkanın müxtəlif vaxtlarında piyadaların iştirakı ilə baş vermiş qəzalar digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane yaradaraq yollarda sıxlığa səbəb olur.


Belə hadisələrin baş verməməsi üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadaları, eləcə də sürücüləri “Yol hərəkəti haqqında” qanunun tələblərinə, təhlükəsizliyi təmin edən qaydalara riayət etməyə çağırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.