Dərman vasitələrinin qeydiyyatı ilə bağlı sənəd təsdiq üçün təqdim olunub - NAZİR

Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın katibliyi Səhiyyə Nazirliyinə tapşırılıb.


Bunu səhiyyə naziri Teymur Musayev 2022-ci ilin yekunlarına həsr olunmuş iclasda bildirib.


Onun sözlərinə görə, Sərəncamda qeyd olunan tapşırıqların icrası məqsədilə dərman vasitələrinin qeydiyyatı prosesi, sektorun rəqəmsallaşdırılması üzrə beynəlxalq təcrübə araşdırılaraq hazırlanmış sənəd toplusu aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq üçün təqdim olunub.


Teymur Musayev növbəti ildə də səhiyyə orqanlarının fəaliyyətlərini müasir dövrün çağırışlarına uyğun qurmalı olduğunu vurğulayıb və 2023-cü il üçün hədəfləri açıqlayıb. Tibb mütəxəssislərinin davamlı tibbi təhsil prosesinin müasir konsepsiyasının tətbiqi, elmi-tədqiqat müəssisələrinin kliniki bazalarının və kadr potensialının gücləndirilməsi, orta tibb işçiləri institutunun səhiyyədə rolunun yeni formada təqdim edilməsi, əhalinin keyfiyyətli tibbi xidmətlərlə təminatı məqsədilə aidiyyəti normativ-hüquqi və institusional bazanın formalaşdırılması, tibb təhsilində rəqəmsal tibbi həllərin tətbiqinin genişləndirilməsi, ictimai səhiyyə qurumlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması səhiyyə qurumlarının qarşısında əsas hədəflər kimi müəyyənləşdirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.