Dövlət Gömrük Komitəsi işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini genişləndirə bilər.
Bunu İTV-yə açıqlamasında Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Hazırda əməkdaşlarımız həmin ərazilərdə xidmət göstərir. Növbəti ildə infrastrukturumuzu da genişləndirəcəyik. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərdə postlarda gömrükçülər Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə bərabər fəaliyyət həyata keçirirlər. Bununla yanaşı digər hissələrdə də dövlətimizin müəyyən etdiyi zamanda biz infrastruktur layihələrini reallaşdıracağıq”, - deyə o qeyd edib.