Şəmkirdə maşın elektrik dirəyinə çırpılıb
1 ÖLÜ, 2 YARALI

Şəmkir şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Senzor.az bildirir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

 

Hərəkətdə olan “Hundai Solaris” markalı minik avtomobilinin sürücü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb...

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Qeyd olunub ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Avtomobildə müxtəlif xəsarətlərlə sıxılmış vəziyyətdə qalmış 2 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Şahidlərin sözlərinə görə, qəza zamanı ümumilikdə 3 nəfər xəsarət alıb. 2004-cü il təvəllüdlü Məhərrəm Məmmədov, 2004-cü il təvəllüdlü Telman Məmmədli və 2001-ci il təvəllüdlü Samir Pənahov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həmin şəxslərdən biri-Məhərrəm Məmədov xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.