Vətən müharibəsi iştirakçılarından 84 423-nün adı "Zəfər" altsisteminə daxil edilib
1042-sinə imtina verilib

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84 423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilib.


Bu barədə nazirlik məlumat yayıb.


Bildirilib ki, hazırda qeyd olunan komissiyanın üzvlərinin müvafiq qurumlarla birgə sistemə adları daxil edilən vətəndaşlara "Müharibə veteranı" vəsiqələrinin verilməsi prosesi Bakı şəhəri və respublikamızın digər bölgələrində mərhələli şəkildə həyata keçirilir.


Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən komissiya tərəfindən bu günədək "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Nazirlər Kabinetinin 216-cı nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.


Bundan başqa, 1188 vətəndaşın sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilməsi üçün aidiyyəti komissiyaya yeni təqdim olunub.


Qeyd edək ki, "Müharibə veteranı" adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvarın 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.