Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası çağırılıb.
Senzor.az bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bununla bağlı yanvarın 6-da qərar imzalayıb.
Qərara əsasən, sessiya 2023-cü il yanvar ayının 10-da saat 11:00-da başlayacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi
3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
Qeyd edək ki, sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri də dəvət olunublar.