Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb.
"Report"un məlumatına görə, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəyeva Validə Yadulla qızı yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.