Şəmkirin keçmiş icra başçısının 42 maşını var imiş...

Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

 

Senzor.az bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Alimpaşa Məmmədovun Şəmkir RİH-də yaratdığı fondla bağlı ifadəsi dinlənilib.

 

Məlum olub ki, rayonda iş qurmaq istəyən sahibkarlar A.Məmmədovun yaratdığı fonda rüşvət qismində külli miqdarda vəsaitlər veriblər. Rüşvət qismində pullar A.Məmmədova köməkçisi Mahir Əliyev vasitəsilə çatdırılıb.

 

Daha sonra hakim Alimpaşa Məmmədovdan 42 avtomobili necə əldə etdiyini xəbər alıb. A.Məmmədov bildirib ki, avtomobilləri ona hədiyyə ediblər. Bu zaman hakim "həmin adamsan, bəs indi niyə sənə hədiyyə vermirlər?", - deyə soruşub. Sabiq başçı sualı cavabsız qoyub.

 

Növbəti məhkəmə prosesi yanvarın 17-də keçiriləcək.

 

Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.