Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 93 yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 min 228 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 647 nəfər müalicə olunaraq sağalıb, 10 min 42 nəfər vəfat edib. Aktiv xəstə sayı 539 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 633, bu günə qədər isə ümumilikdə 7 milyon 453 min 564 test icra olunub.