UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Molde” (Norveç) oyununun biletləri bu gün-sentyabrın 16-sı saat 12:00-dan "İticket.az"da satışa çıxarılacaq.
Senzor.az bildirir ki, bu barədə ölkə çempionunun rəsmi “feysbuk” səhifəsində məlumat paylaşılıb.
Qeyd olunub ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri:
"İticket.az"ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.
Qeyd edək ki, sentyabrın 21-də oynanılacaq matç saat 20:45-də başlayacaq.