Şəmkirin və Bakının iki rayonunun qaz təchizatı müvəqqəti dayandırılacaq
SABAH

"Azəriqaz" İstehsalat Birliyi Şəmkir, eləcə də paytaxtın Sabunçu və Xətai rayonlarının sakinlərinə müraciət edib.

 

Senzor.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, sentyabrın 21-i saat 09:30-dan payız-qış mövsümünə hazırlıqla əlaqədar “Yeni Binə 3 xətt” ölçü qovşağından Binə qəsəbəsinə gedən qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan “Zəyəm” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində cari təmir-bərpa işləri və “Keşlə” QPS-dən qidalanan “Şüşə” orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin əvəz olunması məqsədilə adıçəkilən ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

 

Təmir-quraşdırma işləri aparılan müddətdə Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazinin, Xətai rayonunun Ağ şəhər yaşayış massivinin, Xocalı prospektinin və M.Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrinin, eləcə də Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.