Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov 86 yaşında vəfat edib.
Senzor.az xatırladır ki, M.Hacıbəyov 1935-ci ilin 5 oktyabrında Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 10 illik orta məktəbi də bu kənddə bitirib.
1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.
Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.