
Senzor.az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi brifinqdə deyib.
Sədr bildirib ki, həmin şəxslər həbs olunub: "Faktlar onu göstərir ki, hələ də belə dəllallıqla məşğul olan şəxslər var və onlara qarşı da daim ciddi mübarizə aparılır. Müddətli əlilliyi olan vətəndaşlara müraciət etmək istəyirəm ki, əlillik müddətlərinin bitmə vaxtını unutmasınlar, yenidən təkrar təyinat üçün müraciət etsinlər və başqa kiməsə etibar etmədən özləri bu işlə məşğul olsunlar".