Azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə gələn il 4 milyard manat vəsait ayrılacaq - NAZİR

Gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 17,5 faiz həcmində və yaxud 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 366 milyon manat və yaxud 6 faiz çox, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 525 milyon manat və yaxud 31,1 faiz çoxdur.


Senzor.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.


Nazir qeyd edib ki, 2004-cü ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, Azərbaycan Respublikasının 2030-cu ilədək sosial iqtisadi inkişafına dair milli prioritetlərinə söykənən “2022-2026-cı illərdə Sosial İqtisadi İnkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Bu vacib prioritetlərə uyğun olaraq növbəti ildə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə 2024-cü ilin dövlət büdcəsi xərclərinin 10,9 faizinə bərabər və yaxud 4 milyard manat məbləğində vəsait ayrılacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.