Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 6-10°, gündüz 13-16°, Bakıda gecə 8-10°, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6°, gündüz 13-18° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 7-12° isti olacaq.