Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayır

Naxçıvanın Penitensiar Xidmətinin keçmiş rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

APA xəbər verir ki, təqsirləndirilən şəxs Tofiq Həsənov barəsində toplanan cinayət işi materialları baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

 

Cinayət işi hakim Hüseyn Məmmədovun icraatına verilib.

 

İş üzrə hazırlıq iclası noyabrın 23-nə təyin edilib.

 

Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

 

T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

 

Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə)) maddələri ilə ittiham olunur.

 

İttiham sübut olunarsa general-mayoru 12 ilədək həbs gözləyir






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.