Son bir həftə ərzində beş nəfər (dördü oğlan, biri qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib.
Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub.
**19:11

Mingəçevirdə uşaqlar arasında virusa yoluxma aşkarlanıb.
Yerli KİV xəbər verir ki, uşaqların “Hepatit A” virusuna yoluxduğu bildirilir.
Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya məlumatı təsdiqləyiblər.
Qurumdan bldirilib ki, son bir həftə ərzində şəhərin müxtəlif ünvanlarında təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə Mərkəzi Şəhər Xəstəxanasından 6 nəfər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub. Hər bir ünvanda həkim-epidemioloq tərəfindən dərhal araşdırma aparılıb. Nəticədə 3 xəstənin şəhərin Bahar küçəsində bir-biri ilə təmasda olduğu, ikisinin isə qohumluq əlaqəsi aşkarlanıb.
Mingçevir Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İlqar Həsənov açıqlamasında bildirib ki, onlara 6 nəfərin virusa yoluxması barədə müraciət daxil olub. Onlardan 4 nəfərin "Hepatit A" virsuna yoluxduğu təsdiqlənib, iki nəfərin virusa yoluxması hələlik təsdiqini tapmayıb.
Qeyd olunub ki, yoluxma olan əraziyə GEM tərəfindən “Su-kanal” ASC-nin əməkdaşları cəlb olunub, mənzillərdən su nümunələri götürülüb, bakterioloji müayinə üçün laboratoriyaya verilib. O cümlədən su anbarının çıxış nöqtəsindən də nümunə analiz götürülüb: "Bizim laboratoriyada yoxlama zamanı suda heç bir virusun olmadığı məlum olub. Biz həmçinin nümunələri yoxlanmaq üçün Bakıya göndərmişik. Suda virus olsaydı, daha çox insan virusa yoluxa bilərdi".