Şahbuzun Mahmudoba kəndində yanğınlar törədən şəxs saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, son üç gündə Şahbuz rayonunun Mahmudoba kəndində silsilə yanğınlar (4 yanğın) törədən Mahmudoba kənd sakini Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının apardığı təxirəsalınmaz əməliyyatlar nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.