Noyabrın 21-də Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda daha bir zəlzələ baş verib.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, bu dəfə yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.
**16:55
Noyabrın 21-də Quba seysmoloji stansiyasından 28 kilometr şimal-şərqdə Xaçmaz rayonunda zəlzələ baş verib.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 15:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.
Ocağı 6 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.