Zaqataladakı qətlin bəzi təfərrüatları məlum olub
YENİLƏNİB, FOTO


Zaqatalada baş verən qətlin bəzi təfərrüatları məlum olub.

 

APA-nın məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. 

 

Qətlə yetirilən 34 yaşlı Aygün Mikayıl qızı Həşimova Zaqatalanın Qımır kəndindəndir. Hədisəni törətməkdə şübhəli sayılan 32 yaşlı Əli Fərhad oğlu Səfərov isə Şamaxı rayonundandır. Onlar ailəli olublar, bir müddət əvvəl isə boşanıblar. Aygün Həşimova müvəqqəti olaraq Bakı şəhərində yaşayıb. O, bir ay əvvəl Bakıdan Zaqatalaya qayıdıb.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 


**10:12



Zaqatala rayonunda qadın öldürülüb, saxlanılan var.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Məlumatda deyilir ki, noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.