Sumqayıtda istismar müddətini başa vurmuş 3 yataqxana söküləcək
FOTO

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Agentlikdən məlumat verilib.

 

Bildirilib ki, tədbirdə tikinti şirkətlərinin təmsilçiləri, həmçinin dövlət qurumlarının nümayəndələri, ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, jurnalistlər və digər maraqlı tərəflər iştirak ediblər.

 

Görüşdə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən istismar müddətini başa vurmuş 1 nömrəli, Kimyaçılar yaşayış massivində yerləşən 3 nömrəli və 2-ci mkr. ərazisində yerləşən 13 nömrəli yataqxana binalarının söküntü layihələri, Babək küçəsi 52 ünvanında olan yaşayış kompleksi ərazisində yeraltı qarajın tikintisi layihəsi və Xırdalan şəhəri ərazisində 2.0687 ha torpaq sahəsində layihələndirilən 7 binadan ibarət çoxmərtəbəli yaşayış kompleksinin tikinti layihəsi üzrə yaşıllıqların götürülməsi və mühafizəsi ilə bağlı müzakirələr aparılıb.

 

İctimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub, ictimaiyyət üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunması müzakirə olunub və yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.

 

Agentlik rəsmiləri bildiriblər ki, layihələrə ekspertiza rəyi verilən zaman ekoloji normalara riayət olunması, ətraf mühitin mühafizəsi, mövcud yaşıllıqların qorunması və daha da artırılması əsas götürülür.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.