Kürdəmirə içməli su verilməsi bərpa olundu

Kürdəmirə içməli su verilməsi bərpa olunub.

 

Senzor.az bildirir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ərazi üzrə sahə rəisi Arzu Şahbazov məlumat verib.

 

O qeyd edib ki, noyabrının 24-də rayonun Topalhəsənli kəndində Külüllü-Kürdəmir magistral su xəttinin 29-cu km-də 500 millimetrlik borunun bir hissəsi partlayıb. Bunun nəticəsində isə Kürdəmir ərazisinə və rayona yaxın 12 kəndə içməli suyun verilməsi dayandırılmışdı. Qəzanın aradan qaldırılması üçün idarənin texnikası və şəxsi heyəti əraziyə cəlb olunub. Görülən işlərlə zədələnmiş boru yenisi ilə əvəzlənib və qısa zamanda təmir bərpa işləri başa çatdırılıb.

 

Axşam saatlarından etibarən rayon ərazisinə içməli suyun verilişi bərpa olunub.

 

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2011-ci ildə dövlət vəsaiti hesabına "Azərsu" ASC tərəfindən inşa olunub və kəmər rayonun 8 222 abonentinə xidmət göstərir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.