Ağstafa-Bakı sürətli sərnişin qatarı niyə yolda qalıb? - “AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC AÇIQLAMA YAYDI
YENİLƏNİB

Elektrik enerjisinin verilməsində yaranmış nasazlığa görə Bakı Dəmiryol Vağzalına gec çatan 717 saylı qatarın sərnişinləri üçün şəhər daxilində əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib.

 

Senzor.az bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

 

Bildirilib ki, dünən Ağstafadan Bakıya saat 16:30-da yola düşən 717 nömrəli sərnişin qatarı Goran stansiyası istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən bir saatdan çox yolda qalıb. 717 saylı qatarın məlum səbəbdən yolda dayanması nəticəsində eyni marşrut üzrə hərəkət edən 705 saylı qatarın hərəkətində də 30 dəqiqə gecikmə halı qeydə alınıb.

 

Qeyd edək ki, 717 saylı qatarla səfər edən sərnişinlərə səfər boyu ödənişsiz su və şirniyyat servis edilib. Eyni zamanda ADY sərnişinlərin Bakı Dəmiryol Vağzalından mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün “20 Yanvar” dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə reys təyin edib.

 

**23:57(26.11.2023)


Ağstafadan Bakıya gəlməkdə olan sərnişin qatarı yolda qalıb.

 

Oxu.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

 

Belə ki, Azərbaycan Dəmir Yollarına məxsus sərnişin qatarı 40 dəqiqəyə yaxın müddətdir Goran istiqamətində dayanıb. İlkin məlumatlara görə, qatarın dayanma səbəbi yaranmış nasazlıqla bağlıdır.


Qeyd edək ki, bir müddət öncə də Ağstafa-Bakı sürətli sərnişin qatarında oxşar hadisə baş verib. Gərginliyin verilməsində qısa fasilə yarandığı üçün sərnişin qatarı yolda qalıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.