Azərbaycanda koronavirus: son bir həftə ərzində daha 5 nəfər ölüb -
17 YENİ YOLUXMA

Azərbaycanda son 1 həftə ərzində (20-26 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Senzor.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb.

 

COVID-19-a yoluxan 14 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 5 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 834 152 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 743 nəfər müalicə olunaraq sağalıb, hazırda 37 aktiv xəstə var. Bu günə qədər 10 372 nəfər həyatını itirib.

 

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, bu günə qədər isə ümumilikdə 7 715 867 test icra olunub.

 

Onu da qeyd edək ki, son həftə ərzində virus əleyhinə vaksinasiya etdirən olmayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.