Keçmiş məcburi köçkünlərin yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.
Senzor.az bildirir ki, noyabrın 29-da növbəti köç karvanı (17 ailə - 63 nəfər) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 363 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin edilib.