"Ümid edirəm ki, sentyabrda tələbələri Qarabağ Universitetində görmək imkanımız olacaq" - NAZİR
YENİLƏNİB

"Qarabağ Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Hər şeyi yenidən və düz qurmaq imkanımız olacaq".


Senzor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, həmin universitetin timsalında elm və ali təhsilin inteqrasiyası daha yaxşı qurulacaq: "Ancaq şəxsi maraqların böyük elmi maraqları üstələməməsinə çalışmaq lazımdır. Əminəm ki, bunu edə biləcəyik. Bir günə universitet yaratmaq mümkün deyil. Ancaq inanmaq istəyirik ki, 2024-cü ilin sentyabr ayında tələbələri, tədqiqatçıları, gənc alimləri orada görmək imkanımız olacaq. Ümumilikdə həmin universitetdə bütün mümkün resurslardan istifadə edəcəyik. Elm sahəsi üzrə fəaliyyətin dürüstlük prinsipi əsasında izlənilməsi üçün əlimizdən gələni edəcəyik".


Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb.

**11:56

"Elm ictimaiyyətinin nə qədər yeni bilik yarada bilməsi əsas sualdır. Elmi fəaliyyətin nəticəsində yaranan məhsul nə qədər lazımdır, buna cavab tapmaq mütləqdir. Yəni əsas məsələ elmi məhsulu ortaya qoymaqdır".


Senzor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.


Nazir bildirib ki, elmi fəaliyyəti ölçə bilən mexanizm qurulmalıdır.


"Son dövrlər kifayət qədər struktur islahatları həyata keçirilib. Elmdə kəşflər və ixtiralar önəmlidir", - E.Əmrullayev qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.