Qəbələdə polislərə daşla xəsarət yetirmək istəyənlər həbs olundu, bir polis əməkdaşı işdən çıxarıldı - RƏSMİ
YENİLƏNİB

Dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

 

DİN-in Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, S.Ağayev  saxlanılan zaman onunla birlikdə olan yaxın qohumları, eləcə də yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

 

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

 

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

**20:16


Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb.

 

Sosial şəbəkələrdə yayılan videoda polis əməkdaşının yeniyetmə oğlanı döydüyü görünür. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır: “Hadisə dekabrın ikisində Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.