Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilib.
Senzor.az xəbər verir ki, əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Milli Məclisin deputatlarının, dövlət və özəl sektor, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin respublikanın bütün regionlarından qadınların, görkəmli ictimai-siyasi xadimlərin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu oxunub.
Məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir.
Azərbaycançılıq ideyası uğrunda sıx birləşən xalqımız Zəfər qazanaraq qalib adını tarixə yazdığını, yeni reallıqlar yaradan Azərbaycanın Cənubi Qafqazın və dünyada gedən qlobal proseslərin mühüm aktoruna çevrildiyini vurğulayan B.Muradova gərgin proseslər fonunda dövlətimizin başçısının ətrafında sıx birləşməyin vacibliyini qeyd edib.
Bahar Muradova bildirib ki, son 20 ildə dövlət idarəçiliyində gender amilinə diqqət artırılıb, qadın hüquqlarının təminatı, onların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində böyük irəliləyişlər əldə edilib. Ötən 20 il ərzində Azərbaycan qadınlarının üç qurultayı və bir forumu keçirilib.
Diqqətə çatdırılıb ki, ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır, ictimai, sosial-iqtisadi, mədəni, mənəvi sahələrdə qadınlar fəal iştirak edirlər.
Çıxışının sonunda Azərbaycan qadınlarını bir daha təbrik edən Bahar Muradova onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra dövlətimizin qadın siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.
**19:12
Azərbaycançılıq ideyası uğrunda sıx birləşən xalqımız Zəfər qazanaraq qalib adını tarixə yazdı. Bu gün Azərbaycan Cənubi Qafqazın və dünyada gedən qlobal proseslərin mühüm aktoruna çevrilib.
Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə səsləndirib.
Bahar Muradova bildirib ki, son 20 ildə dövlət idarəçiliyində gender amilinə diqqət artırılıb, qadın hüquqlarının təminatı, onların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindı böyük irəliləyişlər əldə edilib. Ötən 20 il ərzində Azərbaycan qadınlarının üç qurultayı və bir forumu keçirilib.
Qadınların zəngin potensialından istifadə olunmasının əhəmiyyətini vurğulayan komitə sədri ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini bildirib.
“COP29-un Təşkilat Komitəsində qadınların da yer almaları bu prosesə töhfə vermək imkanlarımızı daha da artırır”, - deyə o əlavə edib.
**
Qarşıda duran vacib vəzifələrimizdən biri də Qərbi Azərbaycana qayıdış, Qarabağın və Şərqi Zəngəzurun təhlükəsiz zonaya çevrilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə səsləndirib.
Komitə sədri son 30 ildən artıq bir dövr ərzində Azərbaycan qadınlarının hər mərhələdə qarşıda duran həlli vacib məsələlər ətrafında səfərbər olduqları kimi, bundan sonra da bu istiqamətdə fəal olacaqlarına inamını ifadə edib.
O vurğulayıb ki, qadınlarımızın ölkəmizin siyasi, iqtisadi, ekoloji gündəliyindəki vəzifələrin yerinə yetirilməsi istiqamətində öhdəliklərinə əsl vətəndaş məsuliyyəti ilə yanaşacaqları şübhəsizdir.
**18:31
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilir.
Senzor.az xəbər verir ki, əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Milli Məclisin deputatlarının, dövlət və özəl sektor, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin respublikanın bütün regionlarından qadınlar, görkəmli ictimai-siyasi xadimlər iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu oxunub.
Məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.