Toplum TV-nin işi ilə bağlı media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.
O bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Əhmədoğlunun Toplum TV-nin təsisçilərindən biri olduğu bildirilir.
Xatırladaq ki, Toplum TV-nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Onlar barəsində CM-in 206.3.2-ci maddəsi ilə cinayət işi açılıb.
**20:52
“Toplum TV” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən-Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıblar.
Senzor.az bildirir ki, istintaq orqanı tərəfindən həmin şəxslər barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Toplum TV” işi üzrə saytın təsisçisi Ələsgər Məmmədli və başqa bir neçə əməkdaşı saxlanılıb. Onlar qaçaqmalçılıqda ittiham edilirlər.