Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq.
Bu barədə Senzor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
O da qeyd olunub ki, martın 11-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.