Sabah Bakının 3 rayonunun qaz təchizatında fasilə yaranacaq - YENİLƏNİB

Bakının daha iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi 94A ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 13.03.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Yasamal və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında da fasilə gözlənilir.


**17:10


Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.


Bu barədə Senzor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.


Məlumata görə, “Qaraçuxur” qaz paylayıcı stansiyasında (QPS) “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar martın 13-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.


Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.