Sabah üç rayonun qaz təchizatında fasilə yaranacaq

Sabah Göygöl, Şəmkir və Sabirabad rayonlarında qaz təchizatında fasilə yaranacaq.


Bu barədə Senzor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.


Məlumata görə, Göygöl rayonunun Yeni Qızılca kəndində fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi, Şəmkir rayonu ərazisində daşıyıcı yeraltı qaz xəttində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğvi, Sabirabad rayonunun kəndlərini təbii qazla təmin edən "Qaraqaşlı-Narlıq" yeraltı qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədi ilə martın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.


Təmir-bərpa işləri aparılan müddətdə Göygöl rayonunun Qızılca, Yeni Qızılca, Bəhrambəy, Sərkar və Haçaqaya kəndlərinin, Şəmkir rayonunun Kür, Səməd Vurğun qəsəbələrinin, Qapanlı, Yeni Abad kəndlərinin, eləcə də Sabirabad rayonunun Həsənli, Balvar, Qaralı, Cavad, Zəngənə, Əlicanlı, Türkədi, Yolçubəyli, Narlıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.