Milli Məclis Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.
Senzor.az-ın xəbərinə görə, hesabat parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədi Baş nazir Əli Əsədov təqdim edib.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
**12:17
Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcək. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq.
Bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı bildirib.
Baş nazir xatırladıb ki, əsas vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 min 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır. Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaq.
**
Bu ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin köçürülməsi planlaşdırılır. Bu da 20 min nəfərdən çox əhali deməkdir.
Senzor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə 2023-cü ilin sonunadək ümumilikdə 1186 ailə (4691 nəfər) köçürülüb.
Baş nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılıb və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində tədbirlər sürətlə davam etdirilib.
“Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 milyard manatdan çox vəsait tələb olunur. 2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 milyard manat vəsait ayrılıb. 2024-cü ildə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur”, - deyə Əli Əsədov diqqətə çatdırıb.
**
2023-cü ildə əldə olunmuş əsas markoiqtisadi göstərici inflyasiyanın aşağı səviyyədə olmasının təmin edilməsidir. Valyuta bazarında sabitliyin qorunmasına əməl edilib.
Senzor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
Baş nazir bildirib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5 faiz azalaraq 6,46 milyard ABŞ dolları olub və ÜDM-in 8,9 faizini təşkil edib.
**
Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərimizlə işğala son qoyulduqdan sonra ölkəmizin qarşısında yeni dövr açılıb.
Senzor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
Baş nazir bildirib ki, müasir tariximizdə və inkişafımızın yeni dövründə qarşıda yeni vəzifələr dayanır.
Onun sözlərinə görə, ötən il ÜDM-in həcmi 123 milyard manat təşkil edib. Hər adambaşı düşən ÜDM 12,1 manat olub. Eyni zamanda, qeyri-neft sənayesi 8 faiz artıb.
**11:59
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
Senzor.az-ın xəbərinə görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.
Hazırda isə Milli Məclisin komitə sədrləri hesabat ətrafında çıxış edirlər.
**11:25
Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.
Senzor.az-ın xəbərinə görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
İclasda hökumət üzvləri də iştirak edir.
**11:03
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Senzor.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.
İclasda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.
Baş nazir Əli Əsədov və hökumət rəsmiləri toplantıda iştirak edirlər.
Hesabatı Ə.Əsədov təqdim edəcək.