ADY Novruz bayramında gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


Senzor.az bu barədə ADY-yə istinadən xəbər verir.


Məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq 20-26 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə axşam və səhər reysləri, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə gündəlik reyslər təyin olunub.


Belə ki, martın 19-da Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı saat 07:00-da Bakıdan Ağstafaya, saat 15:00-da isə geriyə, martın 20 və 21-də saat 09:15-də Bakıdan Ağstafaya, saat 18:00-da isə geriyə, martın 22-də saat 23:55-də Bakıdan Ağstafaya, martın 23-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.


Həmçinin xətt üzrə martın 20, 24, 25 və 26-da “Stadler” şirkətinə məxsus müasir sərnişin qatarları da əlavə reyslər üzrə fəaliyyətdə olacaq. Sözügedən günlərdə sürətli sərnişin qatarları Bakıdan saat 07:50-də, Ağstafadan isə saat 16:45-də yola düşəcək.


Bayram günlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.


Martın 20-26-da Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.