Gəncədə avtomobil təmiri sexindəki yanğın söndürülüb
YENİLƏNİB, VİDEO/ FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən avtomobil təmiri sexində baş verən yanğınla bağlı məlumat yayıb.

 

Zenzor.az-ın xəbərinə görə, yanğınla bağlı məlumat “112” qaynar telefon xəttinə daxil olduqdan dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 17 boksdan ibarət ümumi sahəsi 2500 m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində təmir sexinin 5 boksunun yanar konstruksiyaları ümumilikdə 220m² sahədə və içərisində təmirə dayanmış "OPEL ASTRA" markalı minik avtomobili yanıb.

 

FHN-in qüvvələrinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində 12 boks, təmirə dayanmış 5 ədəd minik avtomobili, hər birinin həcmi 200 litr olan 3 ədəd yağ çəlləyi və hər birinin həcmi 15 litr olan 6 ədəd oksigen balonu yanğından mühafizə olunub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

**23:58 (16.03.2024)


Gəncənin Şah İsmayıl Xətai prospektindəki avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.

 

Senzor.az bildirir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

 

Məlumata görə, 2500 kv/m ərazisi olan obyektin 220 kvmetrində dəmir konstruksiyadan ibarət 5 sex yanıb.

 

Həmin sexlərin təmir avadanlıqları və "Opel" markalı avtomobil yararsız vəziyyətə düşüb.


Yanğının başvermə səbəbi araşdırılır. 


**22:55



Gəncədə yanğın hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Həmin ünvanda yerləşən avtomobil təmiri sexində anidən yanğın baş verib.

 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.

 

Hazırda yanğının söndürlüməsi istiqamətində işlər aparılır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.