İntensiv yağan yağış nəticəsində Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda uçqun baş verib.
APA xəbər verir ki, Zərnətun körpüsünün yaxınlığında iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb.
Nəticədə nəqliyyatın hərəkəti məhdudlaşıb.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində ərazi qaya parçalarından təmizlənib və sözügedən yolda rahat, təhlükəsiz hərəkət təmin olunub.