Naxçıvanda Bahar festivalı başlayıb
FOTO

Martın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Bahar festivalı start götürüb.

 

Senzor.az bildirir ki, festivalın açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

 

Festival Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin “Nağaraçalanlar” ansamblının ifası ilə başlayıb.

 

Fuad Nəcəfli mərasimdə çıxış edərək bildirib ki, bu il Azərbaycanda Novruz bayramı fərqli atmosferdə, daha yüksək əhvali-ruhiyyədə qeyd edilir. Bütöv Azərbaycanın hər bir bölgəsində, işğaldan azad olunmuş Xankəndidə, Şuşada, Xocalıda, Qarabağda bayram tonqalları qalanır. Bütün bunlara görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, qəhrəman övladlarımıza, qazilərə, o cümlədən şəhid ailələrinə borcluyuq.

 

“Novruz yenilik deməkdir. İlin bu vədəsindən başlayaraq təbiət canlanır, cəmiyyətin bütün sahələrində yeniliklər baş verir. Naxçıvan Muxtar Respublikasını isə bu il daha böyük yeniliklər gözləyir. Naxçıvanda energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, infrastruktur quruculuğu və turizm sektorlarında mühüm yeniliklər baş verəcək, yeni turizm obyektləri və otellər qurulacaq”, - deyə səlahiyyətli nümayəndə bildirib.

 

Fuad Nəcəfli yenilənmə və quruculuq işlərində muxtar respublika sakinlərinə uğurlar arzulayıb, onları bayram münasibətilə təbrik edib.

 

El ağsaqqalı Dədə Qorqud baharın gəlişi münasibətilə xeyir-dua verib, bayram tonqalını alovlandırıb.

 

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının kollektivi milli rəqslərimizdən ibarət kompozisiya təqdim edib.

 

Tədbir iştirakçıları muxtar respublikanın şəhər və rayon kollektivlərinin təqdim etdiyi folklor və mətbəx nümunələri ilə tanış olub, musiqi, rəqs və digər ifaları izləyiblər.

 

Festivalda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, KOBİA-nın Naxçıvan Regional Koordinatorluğunun, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Naxçıvan Dövlət Universitetinin, “Sevinc” Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək İctimai Birliyinin, digər təşkilatların, qurumların və fiziki şəxslərin təşkil etdikləri müxtəlif sənətkarlıq nümunələri və əl işlərindən ibarət sərgi-satış da nümayiş olunub, ictimai iaşə xidməti göstərilib.

 

Festivalın açılış tədbiri Ordubad Rayon Mədəniyyət Sarayının Novruz mərasimi ilə bağlı təqdim etdiyi folklor nümunəsi ilə başa çatıb.

 

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Bahar festivalı martın 24-dək davam edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.