Oğuz rayonunda avtomat və qumbaralar aşkarlanıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Qeyd olunub ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisindən dörd ədəd qumbara, bir ədəd “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 30 ədəd patron və daraq aşkar olunub.