Yol polisi hava şəraiti ilə bağlı müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.


İdarədən Senzor.az-a verilən xəbərə görə, müraciətdə deyilir:


"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir.


Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.


Yağışlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.


Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.


Piyadalardan da ehtiyatlı olmaq, avtomobil yoluna çıxmamaq, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçmək xahiş olunur".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.