Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI
YENİLƏNİB, FOTO

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

 

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib.

 

Belə ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıblar və vəziyyətləri ağırlaşıb.

 

Saat 04:50-də isə təcili tibbi yardıma müraciət edilib.

 

TƏBİB-dən bildirilib ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50-də Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdikləri məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

 

Bildirilir ki, zəhərlənməyə viskinin səbəb olması ehtimal edilir. Hazırda araşdırmalar davam etdirilir.

 

**14:55


Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

 

Bakupost.az xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. 

 

Əvvəlcə onların qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmirlər.

 

Hüquq-mühafizə orqanları tərəfindən təfərrüatı öyrənilən hadisənin imkan qədər gizli saxlanılmasına çalışılır.

 

Görünür, bu, vəfat edənlərdən birinin atasının yüksək vəzifədə olması ilə bağlıdır.

 

Sağ qalan şəxslərin birinin adı Nicat, digərinin adı Xəzərdir. Sinif yoldaşı olublar. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır. 

 

Onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul ediliblər. Hər ikisinə dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.