Bərdədə avtomobil qaz xəttinə çırpılıb:
3 NƏFƏR YANIQ XƏSARƏTİ ALIB

Bərdə rayonunun Mollaisalar kəndi ərazisində“Hyundai Accent” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb.

 

"Report"un məlumatına görə, hadisə yanvarın 13-də gecə saatlarında baş verib. 

 

Qəza nəticəsində qaz xəttində yanğın da baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən kommunikasiya xətləri yanğından mühafizə olunub və alovun qarşısı alınıb.

 

Məlumata əsasən, qəza nəticəsində 108 mm-lik qaz xəttinə, həmçinin Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib. Nəticədə Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə qazın verilişi dayanıb.

 

Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.

 

Bundan başqa, hadisə zamanı 3 nəfər yanıq xəsarəti alıb. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə  hospitalizasiya olunublar.

 

TƏBİB-dən Senzor.az-a verilən son məlumata görə,  həmin şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.