Xaçmaz rayonunda yol qəzası zamanı ana və qızı xəsarət alıb.
“Report”un məlumatına görə, 2001-ci il təvəllüdlü A.Kərimova və onun anası 1971-ci il təvəllüdlü T.Əsgərova işdən gələrkən onları Araz adlı şəxs maşınla vurub.
Yaralılar xəstəxanaya çatıdırlıb. Onların bildirdiyinə görə, Araz adlı şəxs bir neçə gün əvvəl onlara elçi gəlib və "yox" cavabı aldığına görə qəsdən bu hadisəni törədib.
Hadisə ilə bağlı araşdırma aparılır.