Azərbaycanda informasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbs edilib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz paylaşım edib.
Onun sözlərinə görə, ekspert qanunsuz narkotik maddə daşımada ittiham edilib.
Qeyd edək ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılıb.
Ekspert məhkəmənin qərarı ilə 4 il azadlıqdan məhrum edilib.