Füzuli sakini oğlu üçün İmişlidən qız qaçırdı...
SAXLANILDI

İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub. 

 

APA-nın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qızın olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb. Əməli törətməkdə şübhəli bilinən Vasif Məmmədov, Elbrus Cəfərov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Maşın polis tərəfindən saxlanılandan sonra aparılan araşdırma zamanı məlum olub ki, qız evlənmək məqdədi ilə zorla qaçırılıb.  Hadisəni törədənlər isə Füzuli rayon sakinləridir. Belə ki, bir müddət əvvəl Vasif Məmmədovun ailə üzvləri həmin kəndə qızın ailəsinə elçiliyə gediblər. Lakin onlar mənfi cavab alıblar.

 

Bundan sonra Vasif Məmmədov digər iki qohumu ilə birgə avtomobillə İmişliyə gedib. Onlar qızı zorla avtomobilə əyləşdirərək Biləsuvar yolu istiqaməti ilə Bakıya doğru hərəkət ediblər.

 

Amma polisə məlumat daxil olan kimi dərhal əməliyyat həyata keçirilib və onların olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb. Qız ailəsinə qaytarılıb. Oğlu üçün qız qaçıran ata və digər iki nəfər isə həbs edilib.

 

Faktla əlaqədar İmişli RPŞ-də Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə iş başlanılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.