Yasamalda yaşayış binasında yanğın...
9 NƏFƏR TƏXLİYƏ OLUNDU

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində səkkizmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan üçotaqlı mənzilin bir otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 25kv.m. sahədə yanıb.

 

Təhlükəsizlik tədbirləri çərçivəsində 9 nəfər bina sakini təxliyə edilib.

 

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.