İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini təsdiqləyib.

 

Senzor.az bildirir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

 

Fərmana əsasən, bu il Fondun gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitləri 370 milyon manat, Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib.

 

2024-cü ildə müqayisədə Fondun büdcəsi 4,6 % artırılıb.

 

Bu il İcbari tibbi sığorta fondunun gəlirlərində dövlət büdcəsindən ayırmaların 1 milyard 416 milyon 405 min manat (ötən ilə nisbətən 3,5 % çox), işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqlarının 909 milyon 60 min manat (9,8 % çox), fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmaların 17 milyon manat (13,3 % çox), avtomobil benzininin, dizel yanacağının, maye qazın ölkə ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmaların 140 milyon 625 min manat (14,6 % çox), digər daxilolmaların isə 88 milyon 600 min manat (33 % çox) olacağı gözlənilir.

 

Fondun xərclərinə gəlincə isə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Aparatının (filial, idarə) saxlanılma xərclərinin 33 milyon 500 min manat (3,1 % çox), Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xərclərinin 84 milyon 692 min manat (7,3 % çox), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) saxlanılma xərclərinin 47 milyon 300 min manat (1,5 % çox), icbari tibbi sığorta ödənişləri və dotasiyanın 2 milyard 655 milyon 722 min manat (3,5 % çox), sair xərclərin 20 milyon manat (33,3 % az), sığorta ehtiyatlarının yaradılmasına ayırmaların 96 milyon 877 min manat (7,1 % çox), yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərclərinin 3 milyon 500 min manat (41,7 % az), bank xərclərinin isə 100 min manat (eyni qalıb) təşkil edəcəyi proqnozlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.