Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib.
Senzor.az bildirir ki, o bu gün həbsxanada dünyasını dəyişib.
Mərhum elə bu gün də torpağa tapşırılıb.
Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi. Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.