"Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətləri ölkə vətəndaşlarını ömürlük kirayənişinə çeviriblər".
Senzor.az bildirir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
"Əlbəttə, mənzil fondunun yenilənməsi alqışa layiqdir, lakin tikinti işlərinin uzanması ilə plana düşən evlərin sakinləri ömürlük kirayənişinə çevrilir", - deyə o qeyd edib.
Bundan başqa, deputat bildirib ki, yeni tikilmiş binalarda xidmət haqları kifayət qədər yüksəkdir: "Qanuna görə yeni tikilmiş binalar istismara qəbul edilməli, çıxarışlar alınmalı, sonra 6 ay ərzində mənzil mükiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalı, onlar rəsmi şəkildə qeydiyyatdan keçərək binaların idarəetmə strukturunu, xidmət haqlarının məbləğini müəyyən etməlidir. İndi elə şəhərciklər var ki, orada aylıq tarif 1 kvadratmetr üçün 1 manata yaxındır. Əvəzində mənzil-tikinti kooperativlərinin öhdəliklərinə tələb və meyarlar yoxdur".